Jonas Brothers

Jonas Brothers
The Jonas Brothers
Əsas məlumatlar
Üslub pop rok
pop punk
alternativ rok
Fəaliyyət illəri 20052013
2019—bu günə qədər
Ölkə ABŞ ABŞ
Şəhər Vikoff, Nyu-Cersi
Los-Anceles, Kaliforniya
Leybl Columbia Records (2005-2006)
Hollywood Records (2007-2012)
INO Records (Nick Jonas and The Administration)
Jonas Records(2009-cu ildən)
Jonas Enterprises(2012-ci ildən)
Heyət Kevin Conas
Co Conas
Nik Conas
Digər layihələr Nick Jonas and The Administration
Co Conas
www.jonasbrothers.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Jonas Brothers - ABŞ rok musiqi qrupu. 2005-ci ildə yaradılan qrup Disney Channel televiziya şəbəkəsində göründükdən sonra populyarlıq qazanmağa başladı. Qrupun 3 üzvü: Kevin Conas, Co ConasNik Conas qardaşlarıdır. Vikoff, Nyu Cersidə yaradılan Jonas Brothers qrupu sonralar Little Falls, Nyu Cersiyə doğru irəlilədi, hansı ki onlar 2005-də burda Hollywood Recordsun köməkliyi ilə ilk mahnılarını yazdılar. 2008-ci ilin yayında isə onlar Disney Channel Original Movie Camp və bunun davamı olan Camp Rock 2: The Final Jam seriallarında oynadılar. Həmçinin Disney Channeldə öz şəxsi Jonas serialını yayımlayan qardaşlar burda Kevin, Co və Nik Lukas kimi Lukas qardaşları qrupunu canlandırdılar. Sonralar serial Jonas L.A. kimi adlandırılmağa başladı və 2-ci mövsümdən sonra dayandırıldı. İndiyə qədər qrup 5 studiya albomu buraxmışdır: It's about time (2006), Jonas Brothers (2007), A Little Bit Longer (2008), Lines, Vines and Trying Times (2009) və Happiness Begins (2019)

Qrup 2008-ci ildə Qremmi mükafatının Yeni Artist kateqoriyası üzrə namizəd göstərildi və elə həmin il American Music Award tərəfindən İlin Yeni Artisti mükafatına layiq görüldü. Hələ 2009-cu ilin mayında Lines, Vines and Trying Times albomunu buraxmamışdan əvvəl onlar dünya üzrə 8 milyondan artıq albom satmışdılar. 2010 və 2011-ci illər qrup üçün durğunluq illəri oldu. Belə ki, artıq onlar solo layihələr hazırlayırdılar. Lakin qrup 2012-ci ildə yeni albom yazmaq üçün bir araya gəldi. Bu albom qrupun 29 Oktyabr 2013-cü ildə müvəqqəti dağılmasından sonra ləğv edildi. Bu vaxta qədər onların 17 milyondan artıq albomu satılmışdı.

6 illik fasilədən sonra qrup 1 Mart 2019-cu ildə "Sucker" mahnısı ilə yenidən bərpa olundu. Mahnı Billboard Hot 100 siyahısına zirvədən giriş edən 34-cü mahnı, Jonas Brothersin isə bu siyahıdakı zirvədə yer alan ilk mahnıları oldu. 1 ay sonra 5 Aprel 2019-cu ildə onlar ikinci sinqlı ("Cool") buraxdılar. Mahnı Billboard Hot 100-ə 40-cı nömrənin əvvəllərindən debüt etdi və yavaş-yavaş qrupun "Sucker"dan sonra ikinci məşhur mahnısı oldu. Jonas Brothers-ın 5-ci studiya albomu Happiness Begins 7 İyun 2019-cu ildə buraxıldı və Billboard 200-ə zirvədən debüt etdi.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne